ABŞ şirkətləri snayper atəşi sistemini nümayiş etdiriblər
ABŞ-ın “Ghost Robotics” və “SWORD Defense” şirkətləri AUSA-2021 sərgisində “Vision-60” robot-iti üçün birgə hazırladıqları snayper atəşi sistemini nümayiş etdiriblər.
“Poliqon” xəbər verir ki, yeni layihəyə “Xüsusi təyinatı pilotsuz tüfəng (Special Purpose Unmanned Rifle – SPUR) adı verilib.
SPUR çıxarılma modul şəklində hazırlanıb və “Vision-60” robot-itin kürəyində bərkidilir. SPUR qurğusu özündə termal nişangahı və yüksək dəqiqlikli tüfəngi birləşdirən kompüterləşdirilmiş sistemdir. Snayper tüfəngi 6.5 “Creedmoor” və ya 7.62×51 çaplı ola bilər ki, bu da 1200 m-ə qədər nişangah məsafəsini təmin edir.
AUSA-2021 sərgisində “Ghost Robotics” şirkəti üzərində “Lockheed Martin” şirkətinin istehsalı “Indago” kvadrokopter üçün qurğu olan “Vision-60” dörd ayaqlı robotunu da nümayiş etdirib. Bu kəşfiyyat dronu kəşfiyyatçıların işini xeyli sadələşdirməli, eyni zamanda əsgərlər üçün vəziyyətdən xəbərdarolmanı yaxşılaşdırmalıdır. Dörd ayaqlı dronlar tezliklə döyüş meydanında snayperləri sıxışdıracaqlar.
Əhəd Əzizov