ABŞ Ukraynaya 2.5 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya 2.5 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 2.5 milyard ABŞ dolları dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiyanın 24 fevral 2022-ci il tarixli işğalının başlanğıcından inidyə kimi ABŞ tərəfindən Ukraynaya 26.7 milyard dollardan çox hərbi yardım ayırılıb. Ümumilikdə isə 2014-cü ildən indiyə qədər ABŞ Ukrayna Silahlı Qüvvələrinə 29.5 milyard dollar dəyərində hərbi yardım göstərib.

Pentaqon hərbi yardım çərçivəsində Ukrayna Ordusuna 59 ədəd M2A2 “Bradley” piyadaların döyüş maşını (PDM), 53 ədəd minaya davamlı maşın və 350 ədəd HMMWV nəqliyyat vasitəsi, habelə müharibənin başladağı gündən indiyə kimi olan müddət ərzində ilk dəfə 90 ədəd 8×8 təkər formullu “Stryker” PDM-i tədarük edəcək. Ukraynanın Quru Qoşunlarına çatdırılacaq “Stryker” PDM-lərindən 20 ədədi xüsusi minatəmizləmə mexanizmləri ilə təchiz edilmiş formada olacaq.

Həmçinin yardım paketinə aşağıdakılar daxildir:

• NASAMS zenit-raket kompleksi və HIMARS yaylım atəşli reaktiv sistem (YARS) üçün əlavə sursatlar;
• 8 ədəd “Avenger” hava hücumundan müdafiə sistemi;
• 590 ədəd TOW tank əleyhinə raket;
• 295 min ədəd 25 mm-lik sursat;
• 20 min ədəd 155 mm-lik top mərmisi (bunlardan 600 ədədi dəqiq tuşlamalı);
• 95 min ədəd 105 mm-lik artilleriya sursatı;
• 11800 ədəd 120 mm-lik minaatan mərmisi;
• sursatın daşınması üçün 12 ədəd nəqliyyat vasitasi;
• 6 ədəd komanda-nəzarət məntəqəsi avtomobili;
• 22 ədəd taktiki maşın;
• yüksək sürətli radiasiya əleyhinə raketlər (HARMs);
• 2000 ədəd zireh əleyhinə raket;
• atıcı silahlar üçün 3 milyondan çox patron;
• mühəndis avadanlıqları;
• “Claymore” piyada əleyhinə mina;
• gecəgörmə cihazları, ehtiyat hissələr, geyim və s.

Poliqon.az

CATEGORIES
TAGS