
Ukrayna ABŞ-dan çoxlu sayda mini pilotsuz uçuş aparatları (PUA) alır.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, bu barədə informasiyanı ABŞ-ın “AeroVironment” şirkəti açıqlayıb.
Məlumatda bildirilib ki, “AeroVironment”in istehsalı olan RQ-11B “Reyvn” PUA-larının idxalı üçün Ukrayna Hərbi Hava Qüvvələri ilə ABŞ Quru Qoşunları arasında 9,5 milyon dollar dəyərində müqavilə imzalanıb.
Sazişə əsasən, PUA-ların Ukraynaya təhvil verilməsi prosesi 2016-cı ilin mayın 11-ə qədər yekunlaşmalıdır.
Rusiya hərbi dariələri isə bildirib ki, Ukrayna adıçəkilən modeldə 24 komplekt – 72 ədəd “Reyvn” PUA-sı alacaq.



