ABŞ Ukraynaya AIM-9M raketləri verəcək
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 250 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, Rusiyanın 24 fevral 2022-ci il tarixli işğalının başlanğıcından inidyə kimi ABŞ tərəfindən Ukraynaya 43 milyard dollardan çox hərbi yardım ayırılıb.
250 milyon ABŞ dolları dəyərindəki hərbi yardım paketinə daxildir:
- AIM-9M raketləri;
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
- 155 mm-lik və 105 mm-lik artilleriya mərmiləri;
- Minatəmizləmə avadanlıqları;
- TOW tank əleyhinə raketlər;
- “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri və onun raketləri;
- “Hydra-70” raketləri;
- Atıcı silahlar üçün 3 milyondan çox sursat;
- “Humvee” zirehli maşınları;
- Ehtiyat hissələr, sahə avadanlıqları və s.