ABŞ Ukraynaya ATACMS raketlərini göndərməyəcək
ABŞ Ukraynaya 300 km uçuş mənzilli ATACMS (Army TACtical Missile System) raketlərini göndərməyəcək.
“Poliqon” “Politico” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın özündə belə mərmilərə ehtiyacın olmasıdır.
Nəşrin ABŞ Müdafiə Nazirliyindəki yüksək vəzifəli həmsöhbətləri vurğulayıblar ki, ATACMS raketləri Ukraynaya verilərsə, o zaman ABŞ arsenallarında həmin raketlərin tükənməsi ilə üzləşəcəklər. Bu isə gələcək münaqişələr zamanı ABŞ qoşunlarının hazırlıq səviyysinin aşağı düşməsinə gətirib çıxaracaq.
M270 MLRS (Multiple Launch Rocket System) və HIMARS yaylım atəşli reaktiv sistem (YARS) tərəfindən buraxıla bilən ATACMS raketlərini ABŞ-ın “Lockheed Martin” şirkəti istehsal edir.
Hazırda bu raketlər ABŞ, Türkiyə, Cənubi Koreya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Rumıniya və Yunanıstan Silahlı Qüvvələrinin inventarında mövcuddur.
Əhəd Əzizov