ABŞ Ukraynaya Mi-17-lərin ikinci partiyasını çatdırıb

ABŞ Ukraynaya Mi-17-lərin ikinci partiyasını çatdırıb

ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiya istehsalı olan Mi-17 helikopterlərinin ikinci partiyasını tədarük edib.

“Poliqon”un məlumatına görə, Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, ümumilikdə Ukraynaya 11 ədəd Mi-17 helikopterinin tədarük edilməsi planlaşdırılıb.

Xatırladaq ki, ABŞ Ukraynaya bundan əvvəl 5 ədəd çoxməqsədli Mi-17 helikopteri göndərib.

Hərbi ekspertlərin fikirincə, Ukraynaya tədarük edilən Mi-17-lər ABŞ-ın vaxtilə Əfqanıstan ordusu üçün aldığı helikopterlərdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS