ABŞ Ukraynaya MLRS tədarükü ilə bağlı ilkin qərarı təsdiqləyib

ABŞ Ukraynaya MLRS tədarükü ilə bağlı ilkin qərarı təsdiqləyib

ABŞ Ukraynanı M270 MLRS və M142 HIMARS raket sistemləri ilə təmin etmək barədə ilkin qərar qəbul edib.

Bu barədə “Poliqon” ABŞ mətbuatına istinadən məlumat verib.

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden administrasiyası gələn həftə Ukraynaya MLRS və HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) buraxma qurğularının tədarükü barədə qərar qəbul edə bilər. Bu sistemlər bir neçə həftədən sonra Ukrayna ərazisində olacaq. Bu silahlardan istifadə etmək üçün Ukrayna hərbçilərinə təlim keçməkdən ötrü ən azı bir həftə vaxt lazım olacaq.

Bayden administrasiyası buraxma qurğularını əməliyyat və taktiki raket kompleksləri (ƏTRK və TRK) kimi deyil, yalnız YARS kimi istifadə etməyə imkan verən sursatla təmin etməyi düşünür. Bu sursatların atış məsafəsi 30 – 70 kilometrdir.

Qeyd olunub ki, Ukrayna hərbi rəhbərliyi bir neçə həftə ərzində amerikalı tərəfdaşları bu silah sistemlərinin verilməsinə razılıq verməyə inandırıb.

M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur. O, 6 ədəd MLRS (M270 Multiple Launch Rocket System) tipli reaktiv mərminin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 km-dir.

M270 MLRS (Multiple Launch Rocket System) tırtıllı şassi üzərində həm YARS, həm də ƏTRK kimi tətbiq oluna bilən çoxfunksiyalı kompleksdir.

2 32

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS