ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 1.3 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən hərbi yardım Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən təmin edilir.

Bildirilib ki, yeni hərbi yardım paketi Ukrayna Silahlı Qüvvələrini döyüş meydanında gücləndirəcək.

Hərbi yardım paketinə daxildir:

  • NASAMS zenit-raket kompleksləri (ZRK) və əlavə raketlər;
  • 152 mm-lik artilleriya mərmiləri;
  • Mina təmizləmə avadanlığı;
  • TOW tank əleyhinə raketlər;
  • “Phoenix Ghost” və “Switchblade” pilotsuz uçuş aparatları (PUA);
  • Dəqiq aviasiya bombaları;
  • Antidron sistemləri və s.

Poliqon.az

CATEGORIES
TAGS