ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 150 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, tank əleyhinə silahlar və digər avadanlıqlar daxildir.

Hərbi yardım paketinə daxildir:

  • AIM-9M raketləri;
  • NASAMS zenit-raket kompleksləri (ZRK) və “Stinger” daşınan zenit-raket kompleksləri (DZRK) üçün əlavə raketlər;
  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
  • 155 və 105 mm-lik artilleriya mərmiləri;
  • TOW tank əleyhinə raketlər;
  • “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
  • Atıcı silahlar üçün 2 milyondan çox sursat;
  • Ehtiyat hissələri, təlim sursatları, texniki xidmət və s.
CATEGORIES
TAGS