ABŞ yeni “Kargo” PUA-sını təqdim edib

ABŞ yeni “Kargo” PUA-sını təqdim edib

“Kaman Air Vehicles” şirkəti ABŞ Ordusu və Dəniz Piayadaları Korpusunun (USMC – United States Marine Corps) yaxın məsafələrə hava nəqliyyatı daşımaları ehtiyacını qarşılamaq məqsədilə “Kargo” pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.

“Poliqon” xəbər verir ki, AUSA-2021 sərgisində 363 kq yük daşıya bilən“Kargo” tipli PUA-nın təqdimatı keçirilib.

Bildirilib ki, bundan sonra, ABŞ Ordusunda qısa məsafələrə az tutumlu yüklərin daşınmasında “Osprey” V-22 kimi bahalı nəqliyyat təyyarələrin yerinə “Kargo” PUA-larından istifadə olunacaq.

Poliqon.az

CATEGORIES
TAGS