ACROB robotları Türkiyə Ordusunda xidmətə başlayacaq

ACROB robotları Türkiyə Ordusunda xidmətə başlayacaq

“ElektroLand Defence” şirkəti tərəfindən istehsal edilən ACROB mini kəşfiyyat və nəzarət robotları Türkiyə Silahlı Qüvvələrində xidmətə başlayacaq.

Bu barədə “Poliqon”a “ElektroLand Defence” şirkətindən məlumat verilib.

Mağaralar, tunellər və terrorçuların gizləndiyi bu kimi obyektlərdə, partlayıcı tələlər qurulan qapalı məkanlarda kəfiyyatın aparılması üçün nəzərdə tutulan əllə atıla bilən ACROB robotu altı metr yüksəklikdən düşdükdə qırılmır və hərbi standartların tələblərinə cavab verir.

Hər cür hava və iqlim şəraitində istifadə oluna biləcək şəkildə istehsal edilən ACROB-un üzərində – ön və arxada yerləşdirilən kameralar ± 90°, ümumilikdə 180° hərəkət qabiliyyətinə sahibdir. Robotun üzərindəki “starlight” gecə görmə kameraları qaranlıq şəraitdə, real vaxt rejimində HD keyfiyyəti ilə foto, video və səsi operatora ötürür.

Naqilsiz 600 metr, naqilli 100 metr (artırıla da bilir) məsafədən idarə olunan ACROB-un hündürlüyü 14 sm, uzunluğu 65 sm, genişliyi 31 sm, çəkisi isə yüksüz halda 5 kiloqramdır. On santimetr dərinliyində sudan keçə bilən ACROB 25 sm qədər dik maneələri aşa, 20 sm qədər maili pilləkənləri dırmana bilir. Robot üç fərqli rejimdə saatda 0-5 km sürət yığmağı bacarır.

Çoxfunksiyalı mini robot axtarış-xilasetmə əməliyyatlarında da istifadə edilə bilər. ACROB-u müxtəlif tapşırıqlarda istifadə etmək mümkündür ki, bu bir az da istifadəçinin öz yaradıcılığından asılıdır.

Ehtiyac duyulduqda ACROB-un kamikadze robot kimi də istifadə edilməsi mümkündür. Məsələn, ACROB üzərinə yerləşdirilən partlayıcılarla birbaşa hədəf bölgəyə yönləndirilə və uzaqdan partladıla bilər. Eyni yanaşma ACROB-un düşmənin əlinə keçməsi ehtimalına qarşı da istifadə olunur.

NEW 2079 ED 1024x453 1 e1613210423336

Poliqon.az

CATEGORIES
TAGS