ADAS-2022: HAVELSAN qabaqcıl məhsullarını və ağıllı həllərini nümayiş etdirir

ADAS-2022: HAVELSAN qabaqcıl məhsullarını və ağıllı həllərini nümayiş etdirir

HAVELSAN şirkəti 27-29 aprel tarixlərində Filippinin paytaxtı Manila şəhərində keçirilən ADAS-2022 müdafiə və təhlükəsizlik sərgisi və konfransında ilk dəfə qabaqcıl məhsullarını və ağıllı həllərini nümayiş etdirir.

Bu barədə “Poliqon”a HAVELSAN şirkətindən məlumat verilib.

Müdafiə, simulyasiya, avtonom platforma texnologiyaları, İKT, kibertəhlükəsizlik sahələrində yeni nəsil həllər təklif edən HAVELSAN sayca 4-cü dəfə keçirilən ADAS sərgisində stendini ziyarət edənlərə məhsulları haqqında ətraflı məlumat verib.

HAVELSAN stendində BARKAN avtonom döyüş robotu və BAHA buludaltı avtonom pilotsuz uçuş aparatı (PUA), habelə Filippin Hərbi Hava Qüvvələrinin inventarına yeni əlavə edilən T129 ATAK helikopterinin də təchiz edildiyi HAVELSAN sistemlərinin təqdimatı keçirilib.

Sərgidə həmçinin HAVELSAN-ın stendində ADVENT gəminin şəbəkə dəstəkli döyüş idarəetmə sistemi, SEDA inteqrasiya olunmuş sualtı komanda idarəetmə sistemi, MARTI hava komandanlığı və idarəetmə sistemi, o cümlədən VTS gəmi trafik xidmətləri, CSRS sahil müşahidə radar sistemi yer alıb.

adas

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS