ADEX-2016: ASELSAN son texnologiyalarını Bakıya gətirir

Türkiyənin ASELSAN şirkəti 27-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək ADEX-2016 sərgisində hərbi və profesional rabitə, elektro-optika, sərhəd və sahil təhlükəsizlik sistemləri daxil olmaqla özünün ən son texnologiyalarını nümayiş etdirəcək.

Bu barədə “AzeiDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Sərgidə ASELSAN şirkətinin rəhbər heyətinin də yüksək səviyədə təmsil olunacağı planlaşdırılır.

Türkiyə pavilyonu içində ASELSAN 120 kvadratmetrlik sahədə öz məhsullarını sərgiləyəcək.

ASELSAN stentində hərbi və profesional rabitə sistemlərindən V/UHF əl, daşınan, maşın və hava, HF daşınan, maşın, dəniz, hava radiostansiyalarını, manqa içi rabitə vasitələri, 4700, 4900 ailəsindən əl, maşın, sabit mərkəz radiostansiyalarını, daxili danışıq və IP Kripto sistemlərini, təhlükəsiz peyk telefonu, IFF sorğu və cavablandırma, E-VoiP rabitə, GRC-5220 sistemlərini nümayiş etdirəcək.

Elektro-optik cihazlardan ASELSAN stendində A-600, A-940, A-941 gecə görmə durbinləri, termal silah durbinləri, inteqrasiya olunan elektro optik və termal görüntüləmə sistemləri, helekopter aviyonikası, robort maşınlar, aviabombalar üçün yönətmə dəsti yer alacaq.

ASELSAN şirkəti sərgidə həmçinin sərhəd və sahil mühafizə sistemlərindən “Şahingözü-OD” integrə elektro-optik, termal görüntüləmə sistemini, “Acar” yerüstü müşahidə radarını, “Kirpi” daşına bilən RCIED qarışdırıcı sistemlərini də ziyarətçilərə təqdim edəcək.

CATEGORIES