ADEX-2016: “Elbit” T-72 tanklarına aktiv müdafiə sistemi təklif edir
İsrailin “Elbit Systems” şirkəti Azərbaycan Müdafiə Naziirliyinin Tank Təmiri Zavodu ilə birgə ADEX-2016 sərgisində T-72 tanklarının modernizə olunmuş yeni versiyasını təqdim edib.
“AzeriDefence”nin məlumatına görə, sərginin açıq ekspozisiyasında yeni nümunənin təqdimatı keçirilir.
Yeni versiya T-72SİM1 modifikasiyasından aktiv müdafiə sisteminin mövcud olması ilə fərqlənir. Tankın üzərində qurulmuş lazer aşkarlayıcı lazerlə idarə olunan tank əleyhinə raketləri 360 dərəcə ətrafda aşkarlamağa imkan verir. Bundan sonra avtomatik şəkildə işə düşən sursat 100 metr məsafədən təhdidi məhv edir.
Qeyd edək ki, 2008-ci ildə imzalanmış müqaviilə çərçivəsində “Elbit” şirkəti Azərbaycan Ordusunun T-72 tanklarını modernizə edərək T-72SİM1 səviyyəsinə çatdırıb.