ADEX-2016: HAVELSAN və “Azairtechservice” müqavilə imzalayıb
ADEX-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın “Azairtechservice” şirkəti ilə Türkiyənin HAVELSAN şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“AzeriDefence”nin məlumatına görə, müqavilə çərçivəsində iki şirkət müdafiə sahəsində – xüsusilə komanda-nəzarət sistemləri və simulyasiya layihələrində əməkdaşlıq edəcək.
Müqaviləni HAVELSAN İdarə Heyətinin sədri Yüksəl Öztəkin, HAVELSAN-ın baş direktoru Əhməd Həmdi Atalay və “Azairtechservice” şirkətinin İdarə Heyətinin sədri Arif Rəhimov imzalayıb.