ADEX-2016: RLS-50 üçkoordinatlı radar

Belarusun OKB “TSP” Elmi-İstehsalat Məhdud Məsuliyyətli Cəmiyyəti ADEX-2016 sərgisində özünün RLS-50 panoramik müşahidə təmin edən üçkoordinatlı radiolokasiya stansiyasını təqdim edir.

“AzeriDefence”nin məlumatına görə, sərginin açıq ekspozisiyasında yer alan radar  müasir hava hədəflərinin, o cümlədən havadan hücuma keçən pilotsuz uçuş aparatlarının avtomatik müəyyən edilməsi, müşayiət olunması və hərəkət / koordinat parametrlərinin hesablanması üçün nəzərdə tutulur.

RLS-50 stansiyasından həm müstəqil şəkildə, həm də HHM bölmələrinin tərkibində istifadə etmək mümkündür və stansiya aşağıdakıları təmin edir:

– hədəflərin üç koordinatının və (yer ilə müqayisədə) faktiki sürətinin müəyyənləşdirilməsi və ölçülməsi;

– müəyyən edilmiş hədəflər üzrə taktiki radiolokasiya məlumatlarının əlaqədar vasitələrə ötürülməsi;

– radiopelenqlərin aktiv səs maneələri üzrə təyin edilməsi;

– döyüş fəaliyyətlərinin sənədləşdirilməsi.

Yeni kompakt radiolokasiya sistemi (RLS) sülb elementlərin yüksək radiotezlik bölümündə istifadəsinə, eləcə də siqnalın rəqəmsal emalı metodları və prosessor texnologiyalarına əsaslanan qabaqcıl həll variantlarını ehtiva edir. Bu da avtomatik rejimdə işləyən və həm rəqibin silahlı əks-hücumu zamanı, həm də mürəkkəb radioelektronika mühitində kiçik ölçülü hava hədəflərinin aşkarlanmasını təmin edir.

 

RLS-50 sisteminin əsas xüsusiyyətləri Göstəricilər
İşçi tezlik diapazonu S
Effektiv yayılma səthindən hədəfləri müəyyən etmə məsafəsi (1 m2, km) 50 (100)
Yerin bucağı üzrə paralel müşahidə sektoru, dərəcə (maililiyin elektron korreksiya imkanı) 32 (6)
Müşahidə müddəti 5, 10,  (20)
Yerli əşya və obyektlərdən əks olunmanın azaldılması (dB) 40
Aktiv maneələrin aradan qaldırılması (dB) 20
Fasiləsiz iş müddəti (saat) 24
Yığılma (açılma) vaxtı (dəq) 5
CATEGORIES