
Bu gün ADEX-2016 – 2- ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyənin AYESAŞ şirkəti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb.
“AzəriDefence”nin xəbərinə görə, memorandumu AYESAŞ-ın baş direktoru Əziz Sipahi və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev imzalayıb.
Anlaşma memorandumu çərçivəsində Azərbaycan və Türkiyə ilə yanaşı digər ölkələr üçün də layihələr həyata keçiriləcək.







