
Adı açıqlanmayan ölkə Türkiyədən MİLGEM korveti almaq istəyir
Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən həyata keçirilən MİLGEM (Milli Gəmi) Korveti Layihəsi çərçivəsində inşa olunan MİLGEM korvetləri müxtəlif ölkələrin diqqətini çəkir və müxtəlif ölkələrə ixracı başlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib.
İsmail Dəmir hazırda ilk 4 ədəd MİLGEM korvetinin xidmətdə olduğunu, 5-ci gəminin isə inşasının davam etdiyini qeyd edib. Onun sözlərinə görə, dünyada cəmi 5-6 ölkə bu sinifdə gəmi inşa edir.
Pakistan üçün inşa edilən MİLGEM korvetindən danışan İsmail Dəmir Avropadan bir ölkənin sözügedən gəmi ilə maraqlandığını bildirib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər