“Aero Vodochody” şirkəti L-39NG təyyarələri üçün yeni istehsal xəttini işə salıb

“Aero Vodochody” şirkəti L-39NG təyyarələri üçün yeni istehsal xəttini işə salıb

Çexiyanın reaktiv təyyarə istehsalçısı olan “Aero Vodochody” şirkəti L-39NG təlim/döyüş təyyarəsi üçün yeni istehsal xəttini işə salıb.

“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, buradakı konveyerlərdə il ərzində 24 ədədə qədər L-39NG təyyarəsinin istehsal edilməsi planlaşdırılır.

Şirkətdən bildirilib ki, konveyerlərin illik istehsal gücü ilə bağlı işlər iki mərhələdə aparılacaq. Birinci etapda burada ildə 17 ədəd təyyarə istehsal olunacaq. İkinci mərhələdə isə bu rəqəm artırılaraq 24 ədədə yüksəldiləcək.

Hazırda 7 ədəd L-39NG-nin yeni istehsal xəttində müxtəlif inkişaf fəaliyyətləri, 5 ədəd təyyarənin isə artıq son montaj işləri aparılır.

“Aero Vodochody” şirkəti indiyə kimi ümumilikdə 34 ədəd L-39NG sifarişi alıb. Həmin sifarişlərdən 12 ədədi Macarıstan Hərbi Hava Qüvvələri tərəfindən edilib.

İstehsalçının qeyd etdiyinə görə, müxtəlif tapşırıqları yerinə yetirmək qabiliyyətinə malik olan L-39NG yüksək etibarlılığı, üstün uçuş xüsusiyyətləri, aşağı istismar xərcləri və 2070-ci ilə qədər uzun xidmət ömrü ilə seçilir.

Poliqon.az

CATEGORIES
TAGS