“AERO Vodochody” təyyarə və xidmətlərini IDEX-2025-də təqdim edir

“AERO Vodochody” təyyarə və xidmətlərini IDEX-2025-də təqdim edir

Çexiyanın “AERO Vodochody” şirkəti təyyarə və xidmətlərini IDEX-2025 sərgisində təqdim edir.

“Poliqon” xəbər verir ki, sərgidə şirkətin L-39 “Skyfox” yeni nəsil təlim və hücum təyyarəsi ziyarətçilərə nümayiş olunur.

L-39 “Skyfox” təyyarəsi müasir materiallar və texnologiyalardan istifadə edilməklə dizayn və inkişaf etdirilib. Buna baxmayaraq, o, sələfi olan L-39 təyyarəsinin bütün effektiv xüsusiyyətlərini özündə saxlayıb.

Qeyd edək ki, “AERO Vodochody” L-39 “Skyfox”un seriyalı istehsalına 2023-cü ildə başlayıb və artıq iki ədəd təyyarə Çexiya Hərbi Hava Qüvvələrinə təhvil verib. Bu təyyarələrdən Çexiya HHQ-nin hərbi pilotlarının hazırlanmasında istifadə olunacaq.

CATEGORIES