Afrika ölkələri Rusiya istehsalı ZRK və radarlarla maraqlanır

Afrika ölkələri Rusiya istehsalı ZRK və radarlarla maraqlanır

Afrika ölkələri Rusiya istehsalı olan zenit-raket kompleksləri (ZRK) və radarlarla maraqlanır.

“Poliqon” “topwar.ru”ya istinadən xəbər verir ki, bu yaxınlarda Sankt-Peterburq şəhərində keçirilən Rusiya-Afrika formunda rəsmi nümayəndə heyətlərinə ilk növbədə “Almaz-Antey” konserninin hərbi məhsulları təqdim edilib.

Forumun qonaqları “Almaz-Antey” konserninin tərkibindəki “Kupol” İjevsk Elektromexanika Zavodunun istehsal etdiyi “Tor-M2” ailəsi ilə yaxından tanış olub.

Ekspozisiya çərçivəsində “Tor-M2E”, “Tor-M2K”, “Tor-M2KM” və digər hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib.

photo 2023 07 28 15 48 42

Poliqon.az

CATEGORIES
TAGS