Ağdam və Ordubad istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Ağdam və Ordubad istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqelərini də atəşə tutub.

Bildirilib ki, qeyd olunan istiqamətlərdə yerləşən Azərbaycan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin tam nəzarəti altındadır.

Poliqon.az

CATEGORIES
TAGS