Ağdamda ANAMA-nın əməkdaşı minaya düşüb

Ağdamda ANAMA-nın əməkdaşı minaya düşüb

2024-cü il 28 may tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

“Poliqon” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

CATEGORIES