Xəbərlər
Ağdamda ermənilərin atıb qaçdığı xeyli sayda sursat tapılıb

Ağdam rayonunun Suma kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus xeyli sayda sursat aşkar edilərək götürülüb.
“Poliqon” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi “Facebook” səhifəsində deyilib.
Məlumatda bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər. Baxış zamanı erməni hərbçilərin atıb qaçdığı 5232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.




