Ağdamda mina hadisəsi baş verib

Ağdamda mina hadisəsi baş verib

2023-cü 16 mart tarixində Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə “Poliqon”a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub.

“İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.

Unutmayın! Məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır”, – deyə məlumatda qeyd olunub.

Poliqon.az

CATEGORIES
TAGS