Ağstafada şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə ev verilib

Ağstafada şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağstafa rayonunda inşa etdirilmiş 16 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Bu barədə Azeri Defence saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsaslarından biri də həssas əhali qruplarına xüsusi qayğının ilbəil artırılmasıdır. Sosial müdafiə proqramlarından biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatıdır. Bu proqram ildən-ilə genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən bu il şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev veriləcək.

Bu gün Ağstafa rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 30 fərdi ev) verilib. Qalan mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.

 

 

CATEGORIES
TAGS