Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri ANAMA-nın sədri ilə görüşüb

Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri ANAMA-nın sədri ilə görüşüb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkədə səfərdə olan İsveçin Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson və İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ilə görüş keçirib.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, görüş zamanı, işğaldan azad edilmiş ərazilərdə mövcud mina probleminin miqyası, onun törətdiyi fəsadlar, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri sırasında əsas strateji hədəflərdən biri kimi müəyyən edilən azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz geri dönüşü istiqamətində görülən fəaliyyət barədə məlumat verilib.

Görüşdə, minatəmizləmə sahəsində bacarıqların gücləndirilməsi, partlayıcı sursatların zərərsizləşdirilməsi, risklərin qiymətləndirilməsi, topoqrafiya-geodeziya və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.az

CATEGORIES
TAGS