Aİ Ukraynaya 450 milyon avro dəyərində hərbi yardım göstərəcək

Aİ Ukraynaya 450 milyon avro dəyərində hərbi yardım göstərəcək

Avropa İttifaqı Rusiyanın işğalçılıq siyasətinə qarşı Ukraynaya hərbi yardım olaraq 450 milyon avro dəyərində hərbi təyyarə və digər hərbi texnikalar, eləcə də 50 milyon avroluq yanacaq və müdafiə vasitələri göndərməyi planlaşdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sədri Ursula Von der Leyen bildirib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Aİ-nin Ukraynaya dəstək nümayişi ilə ilk dəfə olaraq silahların alınması və çatdırılmasını maliyyələşdirəcəyini deyib. Aİ birbaşa silah almayacaq, lakin üzv ölkələrdən Ukrayna ordusuna satınalmaların həyata keçirilməsinə maliyyə dəstəyi göstərəcək.

Aİ, həmçinin Rusiya təyyarələrinin Aİ-nin hava məkanına girişini qadağan edəcək və 27 ölkənin blokuna daxil olan Rusiyanın dövlət mediası “Russia Today” və “Sputnik”, eləcə də onların törəmə şirkətlərinə qadağa qoyacaq.

Xanım Von der Leyen Aİ-nin Belarusa da Rusiyaya qarşı tətbiq edilən sanksiyalara bənzər sanksiyaları genişləndiriləcəyini bildirib. Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı bu qəddar hücumda şərikdir və buna görə də Belarusa tədarük edilən mineral yanacaq, tütün, ağac, sement, polad, dəmir və digər məhsulların ixracına qadağa qoyulacaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS