AIM-120D-3 raketinin atış sınaqları tamamlanıb

AIM-120D-3 raketinin atış sınaqları tamamlanıb

ABŞ-ın “Raytheon Missiles and Defense” şirkəti tərəfindən istehsal edilən AMRAAM raketinin AIM-120D-3 variantının son atış sınağı keçirilib.

“Poliqon” “Raytheon Missiles and Defense”yə istinadən xəbər verir ki, sınaq zamanı AIM-120D-3 raketi F-16 döyüş təyyarəsindən atılıb.

Bununla da ABŞ Hərbi Hava Qüvvələri və “Raytheon Missiles and Defense”nin birgə inkişaf etdirdiyi AIM-120D-3-ün bütün hazırlıq və sınaq mərhələləri başa çatıb.

AIM-120D-3, “Form, Fit, Function Refresh” (F3R) proqramı çərçivəsində hazırlanmış AMRAAM raketinin ən təkmil variantıdır. “Hava-hava” tipli bu raket ABŞ-ın həm Hərbi Hava Qüvvələrinin, həm də Hərbi Dəniz Qüvvələrinin aviasiya parkında yer alan 4-cü və 5-ci nəsil döyüş təyyarələrindən atılmaq üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS