“Akıncı” PUA-nın ilk atış sınaqları keçirilib – VİDEO

“Akıncı” PUA-nın ilk atış sınaqları keçirilib – VİDEO

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanan “Akıncı” taktiki pilotsuz uçuş aparatının (PUA) ilk atış sınaqları keçirilib.

Bu barədə “Poliqon”a “Baykar” şirkətindən məlumat verilib.

“Akıncı” Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T ağıllı sursatları ilə hədəfləri uğurla vurub.

Atış testi üçün havaya qalxmadan öncə apronda gözləyən “Akıncı” PT-3-ün qanadı altında yerləşən və ilk dəfə atılacaq MAM-T sursatı SSB başqanı İsmail Dəmir, “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar, ROKETSAN İdarə Heyətinin Sədri Faruk Yiğit, ROKETSAN şirkətinin baş direktoru Murat İkinci ilə layihədə iştirak edən “Baykar” və ROKETSAN komandaları tərəfindən imzalanıb.

“Akıncı” PUA-nın ilk atəş testi inkişaf etdirilən sursat sahəsində bir ilkə şahid olub.

Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan MAM (Mini Ağıllı Sursat) ailəsinin yeni üzvü MAM-T ilk dəfə nümayiş etdirilib.

Sınaqlar zamanı MAM-T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vurub.

Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilər. Yüksək dəqiqlik sərgiləyən yeni ağıllı sursat yarı aktiv lazer arayıcı başlık ilə təchiz edilib.

Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T, 30 km-dən artıq mənzilə sahibdir. Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı sayəsində su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür.

İlk uçuşunu 6 dekabr 2019-cu ildə edən “Akıncı” PUA-nın seriyalı istehsal mərhələsinə başlanıb. Seriyalı istehsal modelinin ilk PUA-sı olan “Aknıncı” S-1 Türkiyənin Çorlu Hava Meydan Komandanlığında yer alan “Akıncı Uçuş Təlim ve Test Mərkəzi”nə çatdırılıb. Seriyalı istehsal modellərinin inteqrasiya işləri isə “Baykar Milli S/İHA Ar-Ge ve Üretim Merkezi” müəssisəsində davam etdirilir.

“Baykar” tərəfindən milli və orijinal dizayn, proqram təminatı, avionik və mexanika ilə hazırlanan “Akıncı” robot təyyarəsində təxminən 100-ə yaxın kompüter sistemi fəaliyyət göstərir. 5.5 ton qalxma ağırlığına sahib olan “Akıncı” 400 kq daxili və 950 kq xarici olmaqla ümumi 1350 kiloqram faydalı yüşkdaşımaq qabiliyyətinə malikdir.

Bənzərsiz bükülü qanadlı quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan təyyarə platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edəcək. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatları icra edə biləcək “Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinədə malikdir. “AKINCI” taktiki PUA TÜBİTAK SAGE və ROKETSAN tərəfindən istehsal olunan milli sursatlardan MAM-T, MAM-L, MAM-C, “Cirit”, L-UMTAS, “Bozok”, MK-81, MK-82, MK-83, “Wing Guide Kit” (KGK) -MK-82, “Gökdoğan”, “Bozdoğan”, NEB, SOM raketlərindən istifadə edə biləcək. F-16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirəcək “Akıncı” burun hissəsində yerləşən ASLESAN istehsalı olan AESA radarı sayəsində yüksək vəziyyət sezmə bacarığına sahib olacaq.

EO / IR kamera, ASELSAN tərəfindən milli olaraq istehsal edilən AESA radar, “Beyond Line Sight” (peyk) əlaqəsi və elektron dəstək sistemləri kimi kritik yükləri daşıyacaq “Akıncı” inkişaf etmiş süni zəka xüsusiyyətlərinə də sahib olacaq. Bundan əlavə, “Akıncı” süni intellekt kompüterləri vasitəsi ilə sensor və üzərindəki kameralardan aldığı məlumatları qeyd edərək informasiya toplaya biləcək. İnkişaf etmiş süni zəka sistemi topladığı məlumatları emal edərək qərar vermək qabiliyyətinə sahib olacaq. İnsan gözü ilə aşkarlanamayan quru hədəflərini tapa bilən süni zəka sistemi “Akıncı”nın daha təsirli şəkildə istifadə edilməsini təmin edəcək.

AESA radarından istifadə edən “Akıncı” SAR (Sentetik Açıklıklı Radar) vasitəsi ilə pis hava şəraitində belə şəkillər çəkərək istifadəçiyə ötürə biləcək.

Poliqon.az

CATEGORIES
TAGS