“Aksungur” PUA-ların Türkiyə Silahlı Qüvvələrinə tədarükü tamamlanıb

“Aksungur” PUA-ların Türkiyə Silahlı Qüvvələrinə tədarükü tamamlanıb

TUSAŞ şirkəti Operativ Pilotsuz Uçuş Aparatı Layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə “Aksungur” pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü tamamlayıb.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, sözügedən layihənin sonuncu PUA-sı olan TCB-884 quyruq nömrəli “Aksungur” inventara qəbul prosedurlarını tamamlayaraq Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının xidmətinə qatılıb.

CATEGORIES
TAGS