“Aksungur” PUA yerli mühərrik ilə 520 uçuş saatını geridə qoyub
Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Aksungur” pilotsuz uçuş aparatının (PUA) yerli TEI-PD170 mühərriki ilə 100 uçuş sınağı yerinə yetirilib.
“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, “Aksungur”, TEI-PD170 mühərriki ilə həyata keçirilən sınaqlarda ümumilikdə 520 uçuş saatını geridə qoyub.
Bildirilib ki, sınaqlar zamanı maksimum 30 min fut yüksəkliyə qalxan “Aksungur” PUA tək səfərdə 45 saat havada qalmağı bacarıb.
TEI-PD170 turbo dizel aviasiya mühərriki Türkiyənin “TUSAŞ Motor Sanayii A.Ş.” (TEI) şirkəti tərəfindən “Anka” PUA-lara güc vermək üçün hazırlanıb. TEI-PD170, “Anka” ilə ilk uçuşunu 27 dekabr 2018-ci ildə yerinə yetirib. 172 at gücünə və 162 kiloqram kütləyə malik olan bu mühərrik, 45 min fut yüksəklikdə işləyə bilir.