“Aksungur” PUA yerli TEI-PD170 mühərriki ilə uçuşlar yerinə yetirib

“Aksungur” PUA yerli TEI-PD170 mühərriki ilə uçuşlar yerinə yetirib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Aksungur” pilotsuz uçuş aparatının (PUA) yerli TEI-PD170 mühərriki ilə sınaqları keçirilib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, “Aksungur”, TEI-PD170 mühərriki ilə həyata keçirilən 41 saatlıq uçuşunu uğurla tamamlayıb.

Qeyd edək ki, TEI-PD170 turbo dizel aviasiya mühərriki Türkiyənin “TUSAŞ Motor Sanayii A.Ş.” (TEI) şirkəti tərəfindən “Anka” PUA-lara güc vermək üçün hazırlanıb. TEI-PD170, “Anka” ilə ilk uçuşunu 27 dekabr 2018-ci ildə yerinə yetirib. 172 at gücünə və 162 kiloqram kütləyə malik olan bu mühərrik, 45 min fut yüksəklikdə işləyə bilir.

CATEGORIES
TAGS