AKYA torpedosunun döyüş başlıqlı ilk atış sınağı keçirilib

AKYA torpedosunun döyüş başlıqlı ilk atış sınağı keçirilib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən AKYA ağır torpedosunun döyüş başlıqlı ilk atış sınağı keçirilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, Şərqi Aralıq dənizində keçirilən sınaq zamanı Türkiyə Hərbi Dəniz Qüvvələrinin TCG PREVEZE sualtı qayığından atılan AKYA torpedosu hədəfi yüksək dəqiqliklə vuraraq qısa müddətdə məhv edib.

533 mm-lik AKYA, Türkiyə Hərbi Dəniz Qüvvələrinin ağır torpedo ehtiyaclarını yerli olaraq ödəmək üçün hazırlanıb. Sualtı qayıq və suüstü gəmilərin məhv edilməsi üçün təyin olunan AKYA torpedosu 50 kilometrdən artıq mənzilə və 45 knotdan çox sürətə malikdir.

CATEGORIES
TAGS