Albaniya “Bayraktar TB2” PUA-ları alır

Albaniya “Bayraktar TB2” PUA-ları alır

Albaniya Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkətinin istehsalı “Bayraktar TB2” PUA-larını almaqdan ötrü dəyəri 8,2 milyon avro olan müqavilənin imzalanmasını planlaşdırır.

“Poliqon” Türkiyə mediasına istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı döyüşlər zamanı Azərbaycan Ordusu tərəfindən uğurla tətbiq edildikdən sonra Albaniya “Bayraktar TB2” PUA-larını sifariş etmək qərarına gəlib.

Qeyd etmək lazımdır ki, Türkiyə, Qətər, Azərbaycan, Polşa və Ukraynadan sonra “Bayraktar TB2” PUA alacaq növbəti ölkə Albaniya olacaq.

Xatırladaq ki, 2020-ci ildə “Covid 19” pandemiyası başlamazdan əvvəl, Bolqarıstan tərəfindən altı dəst “Bayraktar TB2” PUA-nın alınması ilə bağlı danışıqlar aparılmışdı. Lakin karantin tətbiq edildikdən sonra büdcəyə yenidən baxılmış və satınalma 2021-ci ilin ikinci yarısına qədər təxirə salınmışdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS