MüdafiəVideo

Ali Hərbi Məktəbin kursantlarının çöl çıxışları başlayıb – VİDEO

Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi  praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Səhra şəraitində keçiriləcək məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar olunması və onların atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif döyüş vasitələri nümunələrindən istifadə vərdişləri və digər tapşırıqları icra edəcəklər.

293195fef7c94b00ec1abd22ab448b67

51b92da61a38ec15fa228c2846fc955a

705679e6daa12f2c6a583f5e1d87d9b6

ea8f85afc36cd3c627443c4113b6b45d 1

Back to top button