Almaniya BvS10 zirehli nəqliyyat vasitələri alır

Almaniya BvS10 zirehli nəqliyyat vasitələri alır

Almaniya Böyük Britaniyanın “BAE Systems” şirkətindən 277 ədəd BvS10 zirehli nəqliyyat vasitəsi alır.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında təxmini dəyəri 400 milyon ABŞ dolları olan çərçivə müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, işlər “BAE Systems”in İsveçdə fəaliyyət göstərən “BAE Systems Hägglunds” törəmə şirkəti tərəfindən 2024-2030-cu illər ərzində həyata keçiriləcək.

Tırtıllı şassiyə malik olan BvS10 personala əlverişsiz və çətin keçilən ərazi şəraitlərində 7/24 istifadə imkanı verir. Zirehli nəqliyyat vasitəsi 65 km/saat sürətlə hərəkət etmək qabiliyyətinə, 14 personalı və 8000 kiloqram yükü daşımaq bacarığına malikdir.

Üstün texniki keyfiyyətlərə sahib BvS10 zirehli nəqliyyat vasitələri hazırda Avstriya, Fransa, Hollandiya, İsveç və Böyük Britaniya Silahlı Qüvvələri tərəfindən isifadə edilir.

Qeyd edək ki, onun zirehsiz variantı olan “Beowulf” modeli ABŞ Ordusunun CATV (Cold Weather All-Terrain) proqramı çərçivəsində başlatdığı tenderdə qalib gəlib və tərəflər arasında 278 milyon dollar dəyərində müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq ABŞ Ordusu qarşıdakı ilk beş il ərzində şirkətdən 110 ədəd “Beowulf” təhvil alacaq.

Poliqon.az

CATEGORIES
TAGS