Almaniya əlavə H145M yüngül döyüş helikopteri sifariş edib

Almaniya əlavə H145M yüngül döyüş helikopteri sifariş edib

Almaniya “Airbus Helicopters” şirkətinə daha 20 ədəd H145M yüngül döyüş helikopteri sifariş edib.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, bununla da Almaniyanın ümumi H145M sifarişi 82 ədədə yüksəlib.

Sifarişlərə əsasən, 82 ədəd helikopterdən 72-si Almaniya Quru Qoşunlarına, 10-u isə Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlı bölmələrinə çatdırılacaq.

Qeyd edək ki, bundan əvvəl edilmiş sifariş üzrə istehsal olunan ilk H145M helikopteri 2024-cü ilin noyabr ayında Almaniya Silahlı Qüvvələrinə təhvil verilib.

H145M, qlobal miqyasda səkkiz milyon uçuş saatını geridə qoyan iki mühərrikli H145 helikopterinin hərbi versiyasıdır. O, “Airbus Helicopters” tərəfindən hazırlanmış silah idarəetmə sistemi olan “HForce” ilə təchiz edilib. H145M yüngül döyüş helikopteri pulemyot və raketlər də daxil olmaqla, müxtəlif silah sistemlərini daşıya bilir.

CATEGORIES
TAGS