Almaniya hökuməti Ukrayna üçün “Patriot” HHM sistemləri almaq istəyir

Almaniya hökuməti Ukrayna üçün “Patriot” HHM sistemləri almaq istəyir

Almaniya hökuməti Ukrayna üçün ABŞ-dan “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri almaq istəyir.

“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyan hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.

Qeyd edilib ki, Almaniya kansleri Fridrix Merz, ABŞ Müdafiə Nazirliyinin bəzi silah tədarüklərini dayandırmasından sonra Ukraynaya silah, xüsusilə də “Patriot” sistemləri göndərilməsini təşviq etmək məqsədilə ABŞ prezidenti Donald Trampla əlaqə saxlayıb.

F.Merz, ölkəsinin Ukrayna üçün “Patriot” HHM sistemləri almaq təklifini D.Trampla telefon danışığı zamanı müzakirə edib.

Almaniyanın sözçüsü keçirilən mətbuat konfransında vurğulayıb ki, rəsmi Berlin 2022-ci ildə müharibə başlayandan bəri Rusiyanın ən ağır hücumlarına qarşı kömək etmək məqsədilə Ukrayna üçün “Patriot”ların alınmasına dair “intensiv danışıqlar” aparır.

“Bu “Patriot” boşluğunu doldurmağın müxtəlif yolları var”, – deyə sözçü bildirib və əlavə edib ki, nəzərdən keçirilən variantlardan biri “Patriot” raket batareyalarının ABŞ-dan alınaraq birbaşa Kiyevə göndərilməsidir.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi qısa müddət əvvəl Ukraynaya hərbi yardımın müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

CATEGORIES
TAGS