Almaniya İsraildən aldığı “Arrow 3” ZRK-nin ilk elementlərini istifadəyə verib

Almaniya İsraildən aldığı “Arrow 3” ZRK-nin ilk elementlərini istifadəyə verib

Almaniya hava müdafiəsini gücləndirmək məqsədilə İsraildən aldığı yüksək texnologiyalı “Arrow 3” zenit-raket kompleksinin (ZRK) ilk elementlərini istifadəyə verib.

“Poliqon” “Euronews”ə istinadən xəbər verir ki, uzunmənzilli ballistik raketləri məhv etmək üçün nəzərdə tutulmuş “Arrow 3”ün ilk elementləri Berlinin cənubundakı Schönewalde bazasında yerləşdirilib və yaxın zamanda digər məntəqələrdə də qurulacaq.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, yeni sistemlə Almaniya ilk dəfə olaraq uzunmənzilli ballistik raketlərə qarşı erkən xəbərdarlıq və müdafiə imkanına sahib olur.

Onun sözlərinə görə, Almaniya bu strateji qabiliyyətlə Avropanın mərkəzindəki əsas rolunu təmin etmiş olur: “Beləliklə, biz təkcə özümüzü deyil, həm də tərəfdaşlarımızı qoruyuruq”.

Xatırladaq ki, Almaniya və İsrail bu sistemin alması üçün 2023-cü ilin sentyabrında 3.8 milyard avro dəyərində müqavilə imzalayıb.

CATEGORIES
TAGS