Almaniya istehsalı GEREON yerüstü robotu Britaniya Ordusuna təqdim olunub

Almaniya istehsalı GEREON yerüstü robotu Britaniya Ordusuna təqdim olunub

Almaniyanın “ARX Robotics” şirkəti inkişaf etdirdiyi GEREON yerüstü robotunu Böyük Britaniya Ordusu və Müdafiə Nazirliyinin nümayəndələrinə təqdim edib.

“Poliqon” “ARX Robotics”ə istinadən xəbər verir ki, təqdimat zamanı robot sınaqdan keçirilib, onun ərazi və əməliyyat bacarıqları nümayiş olunub.

İstehsalçının bildirdiyinə görə, GEREON, Ukrayna-Rusiya müharibəsindəki təcrübələrə əsaslanaraq inkişaf etdirilib.

Güclü və çoxfunksiyalı platforma olan GEREON, 500 kq-a qədər yük daşımaq üçün hazırlanıb və müxtəlif tapşırıqlara asanlıqla uyğunlaşa bilir. Ondan təlim simulyasiyası və tibbi təxliyə, habelə logistika, müşahidə və təhlükə aşkarlama missiyalarında istifadə oluna bilər. Platforma həm müdafiə, həm də kommersiya əməliyyatlarında səmərəliliyi artırır, şəxsi heyətə düşən yükü azaldır və əmək çatışmazlığını kompensasiya edir.

Təhlükəsizlik və müdafiə sahəsində GEREON, avtonom, koordinatlara əsaslanan patrul əməliyyatları həyata keçirir. Bu sistemlər əhəmiyyətli əraziləri və infrastruktur obyektlərini izləyir, real vaxtlı xəbərdarlıqlar, potensial təhlükələrə tez reaksiya verməyə imkan yaradır və şəxsi heyətin təhlükəsizliyini təmin edir.

O, avtonom şəkildə yük və digər yardım ləvazimatlarını daşıya bilir. Müdafiə və kommersiya logistikası çərçivəsində mürəkkəb relyeflərə uyğunlaşaraq əməliyyatları daha səmərəli və təhlükəsiz edir. Həmçinin bu robot səs və hərəkətə reaksiya verən qabaqcıl hədəf sistemləri ilə realistik təlim imkanı yaradır.

CATEGORIES