Almaniya Müdafiə Nazirliyi F125 layihəsinin dördüncü freqatını donanmaya qəbul edib

Almaniya Müdafiə Nazirliyi F125 layihəsinin dördüncü freqatını donanmaya qəbul edib

Yaxın günlərdə Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) sıraları F125 layihəsinin dördüncü və sonuncu “Rheinland-Pfalz” freqatı ilə tamamlanacaq.

“Poliqon” Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  Almaniya HDQ “Thyssenkrupp Marine Systems” şirkəti tərəfindən inşa edilən F125 layihəli freqatlar seriyasında sonuncu gəmini qəbul edəcək. Dörd yeni gəmi hazırda Almaniya HDQ-də silahlanmada olan F122 layihəsinin “Bremen” sinifli səkkiz gəmisini əvəz etmək üçün nəzərdə tutulub. Cəmi dörd yeni freqat olduğundan, hər biri iki əvəzedici heyət alacaq ki, bu da onlara uzun müddət dayanmadan xidmət etməyə imkan verəcək.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, F125 layihəsinin gəmilərinə texniki xidmət göstərilməsi arasındakı interval beş il səkkiz aydır. Eyni zamanda, freqatların yeni konstruksiyası onların iki ilə qədər müddətdə 5000 saatdan çox fasiləsiz istismar olunmasına imkan verir.

Qeyd edək ki, F125 layihə “Baden-Württemberg” baş freqat çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 2019-cu ildə Almaniya HDQ-nə təhvil verilib. İkinci “Nordrhein-Westfalen” freqatı 2020-ci ilin iyununda Almaniya HDQ-inin tərkibinə daxil olub. Üçüncü “Sachsen-Anhalt” freqatı isə 30 mart 2021-ci il tarixində təhvil verilib, lakin rəsmi olaraq yalnız mayın 17-də donanmanın tərkibinə daxil olub. Dördüncü “Rheinland-Pfalz” freqatı bu il yanvarın 30-da Almaniya donanmasına təhvil verilib, bundan sonra isə gəmi lazımi sınaqlardan keçirilib.

Öz ölçülərinə görə F125 layihə esmineslərə daha yaxındır, lakin Almaniya HDQ-də freqat sayılır. Freqatların uzunluğu təxminən 150 m, eni 19 m, suya çökməsi 5 m, ümumi su basımı 7200 tona çatır. Maksimal sürəti 26 düyün, heyəti 190 nəfərdir. Əlavə olaraq desant üçün 60 nəfərlik yer var.

Silahlanmasına bir ədəd 127 mm “Otobreda” artilleriya topu, iki ədəd 27 mm-lik MLG 27 zenit silahı, səkkiz ədəd “Harpoon” gəmi əleyhinə raketi, iki ədəd RIM-116 şaquli zenit-raket qurğusu (42 raket), iki ədəd 324 mm çaplı torpedo aparatı, iki ədəd NH90 helikopteri və dörd ədəd RIB tipli şişirtmə qayıq daxildir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS