Almaniya Polşada yerləşdirdiyi “Patriot”ları gələn il geri çəkəcək

Almaniya Polşada yerləşdirdiyi “Patriot”ları gələn il geri çəkəcək

Almaniya “Patriot” zenit-raket komplekslərinin (ZRK) Polşada yerləşdirilməsini 2023-cü ilin sonuna qədər uzatmağı təklif edib.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Patriot”ların Polşada yerləşdirilmə müddətinin 2023-cü ilin sonundan sonra uzadılması nəzərdə tutulmur. Buna səbəb kimi Almaniyaya məxsus bəzi “Patriot” bölmələrinin 2024-cü ildə NATO-nun çevik reaksiya qüvvələrinin istifadəsi üçün ehtiyac duyulduğu, digərlərinin isə texniki xidmətdən keçməli olduğu göstərilib.

Hazırda üç “Patriot” bölməsi 300-ə yaxın alman əsgəri ilə birlikdə cari ilin əvvəlindən Polşanın Zamosc şəhərində Ukrayna sərhədindən təxminən 50 km aralıda yerləşdirilib.

Poliqon.az

CATEGORIES
TAGS