Almaniya Qazaxıstana silah ixracını dayandırıb

Almaniya Qazaxıstana silah ixracını dayandırıb

Qazaxıstanda baş verən hadisələr fonunda Almaniya hakimiyyəti bu ölkəyə hərbi məhsulların tədarükünü dayandırmaq qərarına gəlib.

“Poliqon” xəbər verir ki, Almaniya hökuməti Qazaxıstana silah ixracının dayandırılması qərarını Qazaxstan prezidenti Tokayevin orduya xəbərdarlıq etmədən etirazçılara atəş açmasına icazə verməsindən sonra qəbul edib.

Qeyd edək ki, Qazaxıstan Almaniyadan 9×19 mm çaplı “Sig Sauer” tapançası alıb. Almaniyanın “Sig Sauer” şirkəti Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin təhlükəsizlik xidmətinə və “Arıstan” xüsusi antiterror bölməsinə bir neçə yüz tapança satıb.

Ümumilikdə isə 2021-ci ildə Almaniya Qazaxıstana müdafiə təyinatlı məhsulların tədarükü üçün ümumi dəyəri təxminən 2,2 milyon avro olan 25 lisenziya verib.

Qazaxıstan Almaniyanın müdafiə məhsullarının əsas alıcılarından olmasa da, son illərdə Almaniya müntəzəm olaraq ov və idman tüfəngləri, texniki kəşfiyyat sistemləri, yüngül helikopterlər, həmçinin Baykonur kosmodromu üçün peyk və raket yanacağı verib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS