Almaniya “Tiger” helikopterlərini istismardan çıxaracaq

Almaniya “Tiger” helikopterlərini istismardan çıxaracaq

2033-cü ilə qədər “Tiger” hücum helikopterləri Almaniya Silahlı Qüvvələrinin (Bundesver) istismarından çıxarılacaq.

“Poliqon” xəbər verir ki, bu, Almaniya Müdafiə Nazirliyinin saytında yayımlanan hesabatda öz əksini tapıb.

Hesabata əsasən, “Tiger” helikopterlərinin istismardan çıxarılması mərhələli şəkildə yerinə yetiriləcək. Belə ki, 2028-ci ilə qədər Bundesverin aviasiya parkındakı “Tiger”lərin sayı 33 ədədə endiriləcək. 2033-cü ilin əvvəlində isə qalan bütün helikopterlər istifadədən çıxarılacaq.

CATEGORIES
TAGS