Almaniya Ukraynaya 1000 ədəd TƏİR və 500 ədəd “Stinger” tədarük edir

Almaniya Ukraynaya 1000 ədəd TƏİR və 500 ədəd “Stinger” tədarük edir

Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrə 1000 ədəd tank əleyhinə idarə olunan raket (TƏİR) və 500 ədəd “Stinger” daşınabilən zenit-raket kompleksi (DZRK) tədarük edilməsi qərarını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniyanın rəsmi “Avropa həqiqəti” qəzeti məlumat yayıb.

Alimaniya hərbi yardımın ən qısa zamanda Ukraynaya çatdırılacağını planlaşdırıb.

Qeyd edək ki, ABŞ istehsalı olan “Stinger” portativ raket kompleksi aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.

İstifadəsi sadə və çəkisi yüngül olan raket kompleksi pilotsuz uçuş aparatlarına qarşı effektiv təsirli olduğu qiymətləndirilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS