Almaniya Ukraynaya daha 40 ədəd “Marder” PDM-i tədarük edəcək

Almaniya Ukraynaya daha 40 ədəd “Marder” PDM-i tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə daha 40 ədəd “Marder 1A3” piyada döyüş maşını (PDM) tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, Ukrayna üçün bu sifariş Almaniya hökuməti tərəfindən edilib.

Xatırladaq ki, Almaniya hökumətinin göstərişi ilə hərəkət edən “Rheinmetall” şirkəti ilk 20 ədəd “Marder”i Ukraynaya 2023-cü ilin mart ayında göndərib. Cari ilin iyununda Almaniya hökuməti “Rheinmetall”a Ukraynaya tədarük etməsi üçün daha 20 ədəd “Marder” sifarişi verib. Hazırda onların əsaslı təmiri və çatdırılması üzrə işlər davam etməkdədir.

Qeyd edək ki, Ukrayna bu texnikaları birbaşa Bundesverin (Almaniya Silahlı Qüvvələri) mövcud ehtiyatından əldə edib.

CATEGORIES
TAGS