Almaniya Ukraynaya daha bir IRIS-T zenit-raket kompleksi tədarük edəcək

Almaniya Ukraynaya daha bir IRIS-T zenit-raket kompleksi tədarük edəcək

Almaniya bu ilin may ayında Ukraynaya daha bir IRIS-T zenit-raket kompleksi (ZRK) tədarük etməyi planlaşdırır.

“Poliqon” xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Martin Yeger TSN televiziya kanalına müsahibəsində deyib.

O bildirib ki, Ukrayna artıq Almaniya tərəfindən bir neçə IRIS-T kompleksi ilə təchiz olunub.

Səfirin sözlərinə görə, gələcək tədarüklər təkcə 2024-cü ilin sonun kimi deyil, həm də 2025 və 2026-cı illər üçün nəzərdə tutulub.

Bundan əlavə, Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi də göndərməyi planlaşdırır.

CATEGORIES
TAGS