Almaniya Ukraynaya əlavə “Leopard 1A5” tankları verib
Almaniya hərbi yardım çərçivəsində Ukraynaya əlavə 10 ədəd “Leopard 1A5” tankı tədarük edib.
“Poliqon” Almaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu, Ukrayna üçün ayırlan yeni hərbi yardım paketində öz əksini tapıb.
Həmçinin, paketə daxildir:
- 1 ədəd TRML-4D hava müşahidə radarı;
- 16 ədəd “Vector” kəşfiyyat pilotsuz uçuş aparatı (PUA);
- 4 ədəd 8×8 təkər formullu HX81 yük maşını və 4 ədəd qoşqu;
- Atıcı silahlar üçün 13 milyondan çox döyüş sursatı;
- Səhra xəstəxanası.