Almaniya Ukraynaya “Gepard” zenit-top kompleksi çatdırıb

Almaniya Ukraynaya “Gepard” zenit-top kompleksi çatdırıb

Almaniya Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım proqramı çərçivəsində “Gepard” zenit-top kompleksi tədarük edib.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında bildirilib.

Almaniyanın müdafiə naziri Kristina Lambrext “Ramstein” hərbi bazasında keçirilən təhlükəsizlik konfransında Ukraynaya “Gepard” zenit-top komplekslərinin təhvil verildiyini deyib.

Müdafiə naziri Ukraynaya göndərilən “Gepard” komplekslərinin sayını açıqlamayıb. Məlumat üçün qeyd edək ki, Almaniya Ordusunun arsenalında təxminən 50 ədəd “Gepard” zenit-top kompleksinin olduğu məlumdur.

1976-cı ildən Almaniya Ordusunun silahlanmasında yer alan “Gepard” zenit-top kompleksi 2 ədəd 35 mm-lik avtomatik topla silahlandırılıb. Kompleks 3 km-ə qədər yüksəklikdəki hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

tədbir

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS